“İnter”in sabiq futbolçusu Sloveniyada oynayacaq
18.12.2008 - 12:41
Bakının “İnter” klubunun sabiq legioneri Vladimir Makovski karyerasını Sloveniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 31 yaşlı belaruslu hücumçu bu ölkənin yüksək liqasında çıxış edən iki klub – son çempion “Domjale” və “Primorye”in düşərgəsində yer alıb. Hər bir komandada tibbi müayinədən keçən Makovski test də verib. Artıq vətənə dönən təcrübəli futbolçu yanvarın ortalarında yenidən Sloveniyaya yollanacaq. Həmin vaxt onun bu klublardan biri ilə müqavilə bağlayacağı gözlənilir. Son mövsümü Belarusun yüksək liqasında çıxış edən “Naftan” klubunda çıxış edən Makovskinin müqaviləsi artıq başa çatıb.
Qeyd edək ki, Vladimir əkiz qardaşı Mixaillə birgə 2004-2006-cı illərdə “İnter”də oynayıb.
Qeyd edək ki, Vladimir əkiz qardaşı Mixaillə birgə 2004-2006-cı illərdə “İnter”də oynayıb.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0