Şakir Qəribov İcraiyyə Komitəsinə üzv seçildi
21.12.2008 - 16:55
Bu gün Azərbaycan Həvəskar Futbol Federasiyasının (AHFF) III hesabat-seçki konfransı keçirilb. Federasiyanın baş katibi Füzuli Nəcəfovun apasport.az saytına verdiyi məlumata görə, konfransın gündəliyində 5 məsələ durub.
Öncə AHFF prezidenti Kamil Rəhimovun 2003-08-ci illər üçün hesabatı dinlənilib. Ardından nəzarət-təftiş komissiyasının sədri hesabat verib. Yığıncaqda, həmçinin federasiyanın nizamnaməsinə əlavə və dəyişiklər edilib.
Konfransın ən maraqlı məqamı quruma prezident seçkiləri ilə bağlı olub. Bu posta yeganə namizəd Kamil Rəhimov yekdilliklə yenidən AHFF-in rəhbəri seçilib. Nizamnaməyə edilən dəyişikliyə əsasən, o, ikinci müddətdə 5 deyil, 4 il prezident vəzifəsini yerinə yetirəcək.
Konfransda AHFF İcraiyyə Komitəsinin də yeni üzvləri müəyyənləşib. Bunlar Kamil Rəhimov, Fərhad Nağıyev, Xalid Novruzov, Zakir Məmmədov, Elmar Məmmədov, Rüfət Əmirov və Şakir Qəribov olublar. Bundan başqa, Fərhad Nağıyevə növbəti dəfə vitse-prezident postu tapşırılıb.

0
0