Mübariz Mənsimov: Qardaşım qorxusundan yeni avtomobilini gecələr sürür
22.12.2008 - 12:29
“Xəzər-Lənkəran” klubunun sahibi və “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Türkiyə mətbuatının gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, həmyerlimiz son müsahibəsində maraq dairəsində olan məsələlərdən danışıb.
“Avtomobillərə ciddi maraq göstərirəm. Nə var bunda? Çalışdım, aldım. Əslində, bundan Türkiyənin qürur duyması lazımdır. Medianın hədsiz marağı ucbatından avtomobillərimi Bakıya və Londona göndərdim. Qardaşım Maarif məndən daha çox maraq göstərir. O, yeni avtomobil alanda da, bunu mənim adıma çıxırlar. Mən indi də köhnə “Range Rover”də gəzirəm. Maarifin aldığı “Bugatti”dən dünyada iki dənə var. Cavan oğlandır, pulunu bir yerə xərcləməlidir. Amma qorxusundan yeni avtomobilini gecə idarə edir. Qadın deyil ki, ayaqqabı və ya zinət əşyaları alsın” – Mənsimov bildirib.
125-i özünə aid, 270 tankerlə neft ixrac edən klub rəsmisi kolleksiya yığdığını da etiraf edib: “Qədim qılıncları toplayıram. Dünyada ən yaxşı kolleksiya məndədir. Bir də saatları sevirəm”.
Mənsimov xeyriyyəçilik işləri ilə məşğul olmasının səbəbini isə belə izah edib: “Mən qazandığımın 10 faizini yalnız Türkiyədə deyil, dünyanın müxtəlif bölgələrində xeyir işlərə xərcləyirəm. Daha çox da yaşlı insanlara və uşaqlara kömək edirəm. Məktəblər inşa etdirirəm. Görmə qabiliyyətini itirənlər üçün də məktəb tikdirəcəyəm”.

0
0