“Muğan” daha üç legioneri heyətinə cəlb edir
27.01.2009 - 14:16
“Muğan” daha üç legioneri heyətinə cəlb edir
Salyanın “Muğan” klubu baxışa yeni legionerlər dəvət edib. Apasport.az saytının məlumatına görə, Türkiyədə hazırlıq keçmək planları gerçəkləşməyən “Muğan” daha üç futbolçunu baxışa çağırıb. Azərbaycan Premyer Liqasının ikinci dövrəsinə Bakıda hazırlaşan komandanın düşərgəsinə bu gün Latviya, Estoniya və Gürcüstandan olan futbolçuları qatılacaq. Yeniləri baxışdan keçirəcək Vladislav Qədirov yaxın günlərdə moldovalı hücumçunu da sərəncamında görə bilər. Belə ki, salyanlılar bir müddət əvvəl “Qəbələ”də çıxış etmiş Vladimir Taranu ilə danışıqları da yekunlaşdırmaq üzrədir.

Qeyd edək ki, “Muğan” indiyədək baxışa çağırdığı legionerlərdən yalnız gürcü futbolçu Kaxaber Çxetianini ilə müqavilə bağlayıb. Ondan başqa, Elnur Abbasov, Ruslan Abbasov, Mikayıl Yusifov, Aqşin Ömərov, Əli İsmayılov, Vladimir Kramarenko və Anar Vəliyev də qış fasiləsində Salyan təmsilçisinin transferini gerçəkləşdirdiyi futbolçulardır.