“İnter” İvan Svetkovu transfer etmək istəyir
27.01.2009 - 17:55
“İvan Svetkovu komandamda görmək istərdim. Həmyerlimin oyunu şəxsən mənim xoşuma gəlir”. Bunu apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.
Pulunu ala bilmədiyi üçün “Xəzər-Lənkəran”dan ayrılan Svetkov ilk dövrədə vurduğu 9 qolla Azərbaycan Premyer Liqasının bombardiridir. Nikolovun sözlərinə görə, bolqarıstanlı hücumçu ölkəmizdə çıxış etdiyi dörd ayda özünü göstərə bilib: “Daha bir hücumçuya ehtiyacımız var. Bu mövqeyə oyunçu axtarsaq da, hələ istəyimizə çatmamışıq. Svetkovla “Xəzər-Lənkəran” arasında problem varsa, buna qarışa bilmərik. Sadəcə, İvanın transferinə imkan yaranarsa, bunu gerçəkləşdirmək istərdim. O, çox faydalı hücumçudur. Svetkovu baş məşqçimiz Valentin Xodukinə təklif etməyi düşünürəm. Komandamızın çalışdırıcısının razılığı ilə bu transferin həyata keçirilməsi istərdim”.
Qeyd edək ki, Svetkov son üç ayda maaşını ala bilmədiyi üçün “Xəzər-Lənkəran”dan ayrılaraq, FİFA-ya şikayət edib.

0
0