“Qarabağ” autsayderə qarşı
27.01.2009 - 18:00
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Ağdamın “Qarabağ” klubunun hazırlıq planında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, yanvarın 31- Ukraynanın “Zarya”, fevralın 3-ü isə Rusiyanın “Kuban” komandaları ilə qarşılaşacağı məlum olan ağdamlılar daha bir oyun keçirəcəyi dəqiqləşib. Belə ki, baş məşqçi Qurban Qurbanovun istəyi ilə yetirmələri sabah saat 15:00-a təyin olunan görüşdə Türkiyə təmsilçisi “Elazığspor”la qarşlaçacaq.
Qeyd edək ki, “Qarabağ”ın rəqibi Türkiyə çempionatının üçüncü dəstəsində (II liqanın V qrupu) 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ”ın rəqibi Türkiyə çempionatının üçüncü dəstəsində (II liqanın V qrupu) 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.
0
0