Anar Niyazov İqor Nakoneçnı ilə görüşdü
27.01.2009 - 18:41
Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları idarə edən Azərbaycan hakimləri növbəti qarşılaşmaya çıxıblar. Apasport.az saytının məlumatına görə, futzal üzrə FİFA hakimi olan Anar Niyazovun başçılıq etdiyi briqada postsovet məkanının tanınmış komandaları “Lokomotiv” (Moskva, Rusiya) və “Çernomorets”in (Ukrayna) matçını idarə edib. Bir vaxtlar İmişlinin “MKT-Araz” klubunu çalışdıran ukraynalı İqor Nakoneçnının rəhbərlik etdiyi Odessa təmsilçisi son dəqiqələrdə məğlubiyyətdən yaxa qurtarıb. “Lokomotiv”in əsas heyət oyunçularından olan Razvan Koçişin hesabı açmasından sonra məğlub duruma düşən ukraynalılar Niyazovun 89-cu dəqiqədə təyin etdiyi penaltidən yararlana bilməyib. Lakin qapını dəqiq nişan ala bilməyən futbolçu az keçməmiş Nakoneçnının komandasına bərabərlik gətirib.
Qeyd edək ki, Niyazovun bu oyunu idarə edən briqadasında FİFA hakim köməkçiləri Ramiz Əsədov və Mehman Mahmudov yer alıb.
Qeyd edək ki, Niyazovun bu oyunu idarə edən briqadasında FİFA hakim köməkçiləri Ramiz Əsədov və Mehman Mahmudov yer alıb.
0
0