Foqts Azərbaycan yığmasının qapıçısını “Köln”ə məsləhət gördü
28.01.2009 - 13:09
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Almaniyanın “Köln” klubuna keçə bilər. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, yığmamızın alman çalışdırıcısı Berti Foqts 23 yaşlı futbolçunu həmyerlilərinə məsləhət görüb. Kamranı dünya səviyyəli qapıçı sayan 63 yaşlı mütəxəssis yetirməsini Bundesliqada görmək istəyir.
Kristof Daumun çalışdırdığı “Köln”də hazırda əsas qapıçı “Qalatasaray”dakı çıxışları ilə tanınan Fərid Mondraqondur. Lakin 37 yaşlı kolumbiyalı qapıçının Rusiyadan təklif almasına görə klubu tərk edəcəyi gözlənilir. Ancaq Mondraqonun müqaviləsi 25 oyun keçirdikdən sonra avtomatik bir illik uzadıla bilər. İstənilən halda, kölnlülər yeni mövsüm üçün qapıçı axtarır. Bundesliqa təmsilçisi Xorvatiya milli komandası və Zaqrebin “Dinamo” klubunun qapıçısı Tomislav Butinaya da maraq göstərir. Ralf Frahmanla danışıqları baş tutmayan “Köln” Ağayevi diqqət mərkəzində saxlayıb, onun azad agent statusu almasını gözləyir.
Qeyd edək ki, Kamranın “Xəzər-Lənkəran”la müqaviləsi bu ilin yayında bitir.
mənbə: www.bild.de

0
0