Semih “Yuventus”a keçir?
28.01.2009 - 14:28
“Fənərbaxça” klubunun hücumçusu Semih Şəntürk karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Türkiyə yığmasının 26 yaşlı futbolçusuna “Yuventus” və “Fiorentina” klubları elçi düşüb. A seriyasında çıxış edən hər iki komandanın hücumçuya ehtiyacı var. Semihin transfer qiyməti 8,5 milyon avro məbləğində qiymətləndirilir.
Qeyd edək ki, Şəntürk ötən yay yığmanın heyətində Avropa çempionatının bürünc medalçısı olub. Həmin yarışda 3 qol vuran hücumçu italyanların diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Şəntürk ötən yay yığmanın heyətində Avropa çempionatının bürünc medalçısı olub. Həmin yarışda 3 qol vuran hücumçu italyanların diqqət mərkəzinə düşüb.
0
0