Hacıyevskinin yetirməsi və həmyerliləri üz-üzə
28.01.2009 - 15:35
Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular Moldova milli komandasına dəvət olunub. Apasport.az saytının məlumatına görə, “Olimpik” və “Bakı”nın şərəfini qoruyan Sergey Laşenkovla Aleksey Savinov yığma komandalarının toplanışında iştirak edəcək. Komandanın Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışına qatılacaq heyəti açıqlayan İqor Dobrovolski Premyer Liqada çıxış edən futbolçuları da görməyə qərar verib. Hazırlıq çərçivəsində yoxlama oyunu da keçirəcək moldovalılar fevralın 11-də Makedoniya yığması ilə qarşılaşacaq. Savinovla Laşenkovun çağırıldığı heyətdə Bakının “Neftçi” klubunun baxışa dəvət edib sonra geri qaytardığı, indi Rusiyanın “Baltika” komandasında çıxış edən Valeri Andronik də yer alıb.
Qeyd edək ki, Savinovla Laşenkov hazırda da Antalyada hazırlıq keçir. Klubları ilə ölkəmizə dönəcək futbolçular yığma ilə Türkiyəyə ikinci dəfə yollanacaq. Makedoniyalı mütəxəssis Qyoko Hacıyevskinin rəhbərliyi altında çıxış edən Savinov bu mütəxəssisin bir vaxtlar çalışdırdığı yığmaya qarşı oynaya bilər.

0
0