Omari Tetradze: “Standard”a uduzmaq xeyrimizədir
29.01.2009 - 11:48
“Standard”a məğlubiyyət bizim xeyrimizə oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Anji” klubunun baş məşqçisi Omari Tetradze deyib. Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı zamanı Bakının “Standard” klubuna uduzan dağıstanlıların çalışdırıcısı nəticədən razı qalıb: “Standard”ın qələbəsi tam oyuna görə idi. Bizim müdafiə xəttindəki problemlər yenidən baş qaldırıb. Uduzmağımız ona görə yaxşı oldu ki, bundan sonra da səhvlərimiz üzərində işləyəcəyik. Artıq üç futbolçudan imtina etməyə qərar verdim. İndi qapıçı, mərkəz müdafiəçisi, sol cinah yarımmüdafiəçisi və hücumçu axtarmalıyıq”.
Qeyd edək ki, bakılılar qələbə topunu matçın 90-cı dəqiqəsində vurub.
Qeyd edək ki, bakılılar qələbə topunu matçın 90-cı dəqiqəsində vurub.
0
0