“Kocaelispor”: hər qələbəyə 124 min manat
29.01.2009 - 12:01
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubuna mükafat vəd olunub. Apasport.az saytının məlumatına görə, Kocaeli Böyük şəhər Bələdiyyəsinin rəisi İbrahim Karaosmanoğlu İzmit təmsilçisinin hər qələbəsi üçün ödəyəcəyi paranın məbləğini açıqlayıb. O, klub rəhbərliyi ilə görüşündə hər üç xal üçün 250 min türk lirəsi (təxminən 124 min manat) verəcəyini bildirib.
Qeyd edək ki, “Kocaelispor” 2009-cu ildə keçirdiyi ilk matçda “Hacettepe”ni 4:0 hesabı ilə məğlub edən İzmit təmsilçisi mövsümün sonunadək 17 qarşılaşmaya çıxacaq.
Qeyd edək ki, “Kocaelispor” 2009-cu ildə keçirdiyi ilk matçda “Hacettepe”ni 4:0 hesabı ilə məğlub edən İzmit təmsilçisi mövsümün sonunadək 17 qarşılaşmaya çıxacaq.
0
0