“Xəzər-Lənkəran”ın legionerləri Lənkəranda yaşamaq istəmirlər
29.01.2009 - 14:26
“Premyer Liqanın ikinci dövrəsində komandamızın futbolçularının Lənkəranda qalması barədə qərar vermişik. Lakin belə həyat tərzi legionerlərimiz, xüsusilə Avropada yaşamış oyunçularımıza çətin gəlir. Buna görə də onlar Lənkəranda yox, Bakıda qalmaq istəyirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran”ın vitse-prezidenti Rəvan Bəşirov deyib.
O bildirib ki, bolqar hücumçu İvan Svetkovun “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla dünən İstanbuldakı görüşündə də məhz bu məsələ müzakirə edilib: “Svetkov Lənkəranda yaşamaqla bağlı çıxarılan qərardan narahat olub. Onun əhvalı korlandığı üçün Antalyada keçirilən hazırlıq prosesi zamanı 1 gün məşqlərə qatılmayıb. Daha sonra Svetkov meneceri ilə birgə klubumuzun fəxri prezidenti Mübariz Mənsimovla görüşüb və onun problemi həllini tapıb. Svetkov fevralın 1-də ailəsi ilə bərabər Bakıya dönəcək. O, yenə əvvəlki kimi paytaxtda yaşayacaq”.
Bəşirov digər legionerlərə güzəşt olunub-olunmayacağı barədə qəti söz söyləməyib: “Komandamız Antalyadan bu gün səhər qayıdıb. Başqa əcnəbi futbolçularımızın yaşayacaqları yerlə bağlı məsələyə qarşıdakı günlərdə baxılacaq”.

0
0