İlqar Əbdürrəhmanov: Baş məşqçidən bir günlük icazə alsam da, komandaya üç gündən sonra qayıtdım
29.01.2009 - 16:09
İlqar Əbdürrəhmanov: Baş məşqçidən bir günlük icazə alsam da, komandaya üç gündən sonra qayıtdım
“Muğan”ı tərk etmək fikrim yoxdur. Mövsümün sonuna kimi bu klubla müqaviləm var. Həmin müddətədək burada qalacağam”. Bunu apasport.az saytına açıqlamasında Salyanın “Muğan” komandasının müdafiəçisi İlqar Əbdürəhmanov deyib.

Qış fasiləsində klubun düşərgəsini bir neçə dəfə tərk edən 30 yaşlı futbolçu bu gün Rusiyadan qayıdıb. Ancaq İlqar son səfərini klub karyerası ilə əlaqələndirmir: “Rusiyaya şəxsi işlərimlə getmişdim. Gedəndə də baş məşqçi Vladislav Qədirova demişdim. Bir günlük icazə alsam da, müəyyən səbəblərdən yubandım və üç günə qayıtdım. Sabahdan məşqlərə qatılacağam. Yayda yenidən Rusiyaya yollanmağı planlaşdırıram. Ola bilsin ki, bu, yenidən Nalçikin “Spartak”, yaxud başqa klub olsun. Bir müddət öncə “Spartak”da aldığım zədədən yeni sağalmışam. Bu komandaya indi yollanmağın yeri yoxdur. Çünki Nalçik təmsilçisi artıq heyətini komplektləşdirib”.