Rüstəm Novruzov: Aleksandr Zavarovun mənimlə bağlı öz təsəvvürləri var
29.01.2009 - 16:13
“Arsenal” klubuna baxışa gəlmək variantı haqda danışmaq istəmirəm. Keçidimlə bağlı məsələyə aydınlıq gələnədək nə isə deməyim düzgün olmazdı”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycanın yeniyetmələrdən ibarət milli komandasının futbolçusu Rüstəm Novruzov deyib.
Baxışda olduğu Ukraynanın “Arsenal” klubu ilə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən 19 yaşlı hücumçu bu komandadakı taleyinə yaxın bir həftədə aydınlıq gələcəyini düşünür: “Kiyev təmsilçisi ilə müqavilə bağlayıb-bağlamayacağıma Ukraynaya qayıtdıqdan sonra aydınlıq gəlməlidir. Türkiyə toplanışını fevralın 4-də bitirəcəyik ki, həmin vaxtadək daha 2-3 yoxlama matçının keçirilməsi nəzərdə tutulub. Aleksandr Zavarov həmin oyunlarda məni sınayaraq qərarını verəcək. Hələ ki, onun özü ilə söhbət edib fikirlərini öyrənməmişəm”.
Müqavilə ilə “Bakı”ya məxsus olan futbolçu “Arsenal”ın Antalyadakı ilk iki yoxlama görüşündə meydana çıxmamışdı. Novruzov Ukraynanın “Vorskla” və Polşanın “Arka” komandalarına qarşı oynamamağını baxışa nisbətən tez qoşulması ilə əlaqələndirib: “Əvvəlki iki görüşdə meydana çıxmamağım isə baxışa yeni futbolçuların gəlməsi ilə bağlıdır. Baş məşqçimiz komandanın düşərgəsinə Antalyada qoşulan futbolçulara bələd olmaq üçün onlara şans verdi. Mən və bir neçə digər oyunçu hələ Kiyev hazırlıqlarında iştirak etdiyimizdən, bizim haqda Zavarovun müəyyən fikirləri, təsəvvürləri var. Yəqin ki, bizi qarşıdakı oyunlarda sınamaq üçün saxlayıb”.
Qeyd edək ki, növbəti yoxlama oyununu sabah keçirəcək “Arsenal” Rusiyanın “Sibir” klubu ilə görüşəcək.

0
0