Xodukin: Rəqiblərimizin fəallığı məni narahat etmir
30.01.2009 - 12:41
“Rəqiblərimizin qış transfer dövründə daha fəal olması məni narahat etmir. Artıq bu mərhələni keçmişik. Ötən il transfer bazarında fəal idik. İndi necə deyərlər, növbə başqalarınındır”. Bu fikriləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.
Ukraynalı mütəxəssis bildirib ki, heyətin komplektləşdirilməsi üçün ciddi problemləri yoxdur: “Rəqiblərimizin transferlə bağlı aktivliyini təbii qarşılanmalıdır. Yəqin ki, müəyyən mövqelərdə problemləri var və bunu aradan qaldırmaq üçün yeni oyunçular alırlar. Biz isə kifayət qədər balanslaşmış, geniş heyətə malikik. Ötən il çoxlu transferlər edib, mətbuatı təəccübləndirdik. Qoy, indi bunu başqaları etsin. Düzdür, bizə də bəzi mövqelər üçün yeni futbolçular lazımdır. Hər halda, çempionat uzun marafondur və zədə, vərəqə ilə bağlı cəzalanmanı nəzərə alsaq, sərəncamında çoxlu futbolçunun olması yerinə düşər”.

0
0