Mircəlal Qasımov: Azərbaycanla oyun çox gərgin oldu
02.02.2009 - 01:21
“Görüş dostluq şəraitində keçməyinə baxmayaraq, çox gərgin oldu. Azərbaycan yığmasında olan bir neçə texnikalı futbolçunun oyunu xoşuma gəldi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanla yoxlama matçından sonra Özbəkistan yığmasının baş məşqçisi Mircəlal Qasımov deyib.
Dubayda keçirilən və 1:1 hesabıyla başa çatan qarşılaşmadan sonra özbək çalışdırıcı komandamızın heyətində xüsusilə Elmar Baxşıyev, Aleksandr Çertoqanov və Fabio Luis Ramimin yaxşı oynadığı bildirib: “Yerli hakimlər briqadası tərəfindən normal idarə olunan görüşdə qazanılan təcrübənin gələcək qarşılaşmalarımıza müsbət təsir edəcəyinə əminəm”.

0
0