Fasilədə Rəşad Sadıqovun dodağına altı tikiş qoydular - FOTO
02.02.2009 - 10:44
Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov zədələnib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Kocaelispor” klubunda çıxış edən 27 yaşlı müdafiəçi Superliqanın XVIII turunda keçirilən qarşılaşmada xəsarət alıb. Komandasının “Gənclərbirliyi”nə 0:2 hesabı ilə uduzduğu görüşün ilk hissəsində rəqibdən dirsək zərbəsi alan müdafiəçinin üst dodağı partlayıb. Oyunun fasiləsində Sadıqovun dodağına 6 tikiş qoyulub.
“Kocaelispor”un həkimi Cem Ergenc növbəti turun “Sivasspor”la matçınadək zədənin sağalacağını düşünür: “Gənclərbirliyi” ilə matçda Rəşad çox pis zərbə aldı. Onun partlayan dodağını fasilədə əməliyyat etməli olduq. Həftə ərzində müalicəni davam etdirəcəyik ki, “Sivasspor”la görüşə problem qalmasın”.

0
0