Georgi Demetradze həkim nəzarəti altındadır
02.02.2009 - 10:59
Georgi Demetradze həkim nəzarəti altındadır
Gürcü hücumçu Georgi Demetradze “Bakı” klubunun məşqlərindən kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu soyuqladığı üçün komandanın həkimi Murad Mərdanlının nəzarəti altındadır. Xəstəlik Demetradzeyə Avstriyanın “Kapfenberq” klubuna 1:2 hesabı ilə uduzduqları oyunda komandaya kömək etməsinə imkan verməyib. Komanda yoldaşlarını hələ ki mənəvi dəstək verməli olan bir neçə gündə də hazırlıqdan kənarda qalacaq. “Bakı”nın əsas qapıçısı Xalidu Sissoko da Georgi kimi avstriyalılarla görüşü kənarda izləməli olub. Diz nahiyəsində ağrılardan şikayətlənən seneqallını xorvat həmkarı Marko Şarliya əvəzləyib. Sissoko yaxın günlərdə tam gücü ilə məşq edə biləcək.