Azərbaycan çempionuna 10 xal lazımdır
02.02.2009 - 11:41
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın 350 ən güclü klubunun siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” (İngiltərə) son bir ilin ən güclü komandasıdır. Ötən il fevralın 1-dən ötən ayın 31-dək olan müddət üçün ingilislər reytinqinə 292 xal toplaya bilib.
Siyahıda ikinci olan “Bavariya” (Almaniya) mançesterlilərdən 20 xal geri qalıb. Üçüncü olan “Barselona”nın (İspaniya) hesabında 268 xal var.
Azərbaycan klublarının yer almadığı siyahıda sonuncu olan komandalar 61 xal toplayıb ki, bu da ölkəmizin ən yaxşı təmsilçisi “İnter”dən 10 xal yaxşıdır.
İFFHS-ın siyahısında yer alan Türkiyə klubları mövqelərini əldən verib. “Qalatasaray” 6, “Fənərbaxça” 7, “Beşiktaş” 12, “Kayserispor” 96 pillə geriləyib. Yalnız “Sivasspor”la “Ankaraspor”un sıçrayışı diqqət çəkir ki, bu komandalar hərəyə 40 pillə irəliləyib. “Trabzonspor” isə öz mövqeyini qoruyub.
36-cı olan “Fənərbaxça”nın 163,5, 55-ci olan “Qalatasaray”ın 146, 122-ci olan “Beşiktaş”ın 107, 215-ci olan “Sivasspor” 78,5, 269-cu olan “Kayserispor” 71, 313-cü olan “Ankaraspor” 65, 326-cı olan “Trabzonspor” isə 63 xal toplayıb.

0
0