Füzuli Məmmədov: “Qəbələ”, “Standard” və ya “Karvan”a keçə bilərəm
05.02.2009 - 00:00
“Simurq”a keçməyim doğru deyil. Bu klubla nə vaxt danışıqlar apardım ki, müqavilə də bağlayım?” Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun transferə çıxardığı Füzuli Məmmədov deyib.
32 yaşlı müdafiəçi bildirib ki, artıq müqavilə ilə Lənkəran təmsilçisinə bağlı deyil: “Xəzər-Lənkəran” mənim kimi Alim Qurbanovu da sərbəst buraxdı. Yəni, bizi transfer etmək istəyən klublar kompensasiya ödəməli olmayacaq ki, bu da böyük üstünlükdür. İndi qalır yeni komandayla müqavilə bağlamaq ki, bu məsələ də açıq qalır. Çünki klubların əksəri heyətini komplektləşdirib və xaricdə təlim-məşq toplanışı keçirlər. Bir çox klublara müraciət etmişik və cavab gözləyirik”.
Məmmədov etiraf edib ki, iddialı kluba keçmələri real deyil: “İnter”, “Bakı”, “Neftçi” kimi klubların heyətində çoxlu futbolçuların olduğunu nəzərə alaraq, onlara müraciət etməyin heç yeri yoxdur. Müraciət etdiyimiz digər komandalara ikinci dövrə üçün hazırlıq keçdiyimizi bildirmişik. Hər halda, qış fasiləsində boş oturmayaraq, “Xəzər-Lənkəran”ın heyətində Antalyada təlim-məşq toplanışı keçmişik. Əsas danışığımız “Qəbələ” ilə olub. Bizə bildiriblər ki, 10 gün əvvəl desəydiniz, hər ikimizi dərhal götürərdik. “Qəbələ”nin artıq yeni transferlər etməsi mənimlə Alimin transferinə əngəl törədir. “Standard” və “Karvan”la da danışığımız nəzərdə tutulub. Bu komandaların hər ikisi Türkiyədə hazırlıq keçir və onların qayıdışını gözləyirik. “Qəbələ”, “Standard” və “Karvan”dan biri ilə anlaşmağa ümid edirəm”.
Qeyd edək ki, Füzuli Məmmədov “Xəzər-Lənkəran”da 4,5 il çıxış edib.

0
0