Ernani Pereyra: Şəxsən mən, “Slaviya”ya qalib gələcəyimizə əminəm – EKSKLÜZİV
05.02.2009 - 00:09
“UEFA kuboku oyunları çərçivəsində “Slaviya” ilə qarşılaşmaları yaxşı xatırlayıram. Həmin matçlar çox gərgin keçdi. Çünki “Slaviya” “Karvan” üçün heç də asan rəqib deyildi”. Bu sözləri apasport.az saytına eksklüziv açıqlamasında hazırda Azərbaycan futbol yığmasının heyətində Dubayda hazırlıq keçən Ernani Pereyra deyb.
Fevralın 7-də milli komandamızın yoldaşlıq görüşlərindəki növbəti rəqibi Çexiya “Slaviya”sı olacaq. Hələ 3 il önə bu kluba qarşı mübarizə aparmış Pereyra rəqibin gücündən danışıb. Braziliyalı müdafiəçi Çexiya təmsilçisini belə xarakterizə edib: “2006-cı ildə keçirilən matçlarda “Slaviya” sürətli oyunu ilə seçilirdi. Amma məlumatıma görə, komandanın bəzi futbolçuları başqa komandalara transfer olunublar. Hər halda, yığmanın “Slaviya” ilə görüşünün son dərəcə gərgin və maraqlı keçəcəyinə inanıram”.
Pereyra nikbinliyini də gizlətməyib. O, “Slaviya”ya məğlub edəcəyimizə inandığını vurğulayıb: “Biz bütün qüvvəmizi toplayaraq, Çexiya çempionuna qalib gəlməliyik. Təlim-məşq toplanışlarının belə yüksək səviyyədə keçməsi və peşəkarlığımızın artırılması istiqamətində görülən işləri yüksək qiymətləndirməklə, meydana yalnız və yalnız qələbə əzmi ilə çıxmalıyıq. Şəxsən mən, “Slaviya” üzərində qələbə qazanacağımıza əminəm”.

0
0