“Bakı” Makedoniya klubunu bir qolla yendi
05.02.2009 - 00:57
“Bakı” Makedoniya klubunu bir qolla yendi
Azərbaycan Premyer Liqasının favoritlərindən sayılan “Bakı” Türkiyənin Antalya şəhərində sonuncu, sayca 7-ci yoxlama oyununu keçirib. Apasport.az-ın klubun rəsmi İnternet saytına istinadən məlumatına görə, “zolaqlılar” Makedoniya çempionatının lideri "Makedoniya GP" klubunu sınağa çəkiblər.

Qyoko Haciyevskinin yetirmələri bu dəfə də yaxşı oyun nümayiş etdirərək, qələbə qazanıblar – 1:0. Yeganə qolu 15-ci dəqiqədə Əhməd Ticani vurub. Qalan vaxtda tərəflərin səyinə baxmayaraq, hesab dəyişməz qalıb. Bununla da, “Bakı” Antalya toplanışını qələbə ilə yekunlaşdırıb.