Vladimir Şmitser Berti Foqtsdan qisas ala biləcəkmi?
05.02.2009 - 14:44
Fevralın 7-də Azərbaycan yığması ilə qarşılaşacaq Çexiyanın “Slaviya” klubu ciddi itkilərlə üzləşib. Apasport.az saytının məlumatına görə, Praqa təmsilçisinin dörd aparıcı futbolçusu zədə üzündən əziyyət çəkir.
Ən böyük itki isə Vladimir Şmitserdir. 1999-2005-ci illərdə məşhur “Liverpul” klubundakı çıxışları ilə tanınan 36 yaşlı hücumçu dizindən zədələnib. O, son vaxtlar məşqlərə qatılmadığından, yoxlama görüşlərində də meydana çıxa bilmir. Çexiya milli komandasının heyətində keçirdiyi 84 oyunda 27 top vuran Vladimir Avropa çempionatlarının gümüş və bürünc mükafatlarının sahibidir.
Beş il əvvəl bu turnirin üçüncüsü olan veteran futbolçu 1996-cı ildə qızıl medalın bir addımlığında büdrəyib. Həmin vaxt Çexiya yığması finalda Almaniyaya uduzmuşdu. Şmitser 88-ci dəqiqədə meydana çıxıb və “qızıl qol”un vurulduğu 95-ci dəqiqəyədək mübarizə aparıb. Həmin məğlubiyyət oyunun gedişində 1:0 hesablı ilə öndə olub, sonda 1:2 hesabına üzülən çexləri yox, Berti Foqtsun rəhbərlik etdiyi komandanı çempion edib.
İndi Azərbaycan yığmasını çalışdıran almaniyalı mütəxəssisdən 13 il əvvəlkinin qisasını almaq əzmində olan Vladimirə zədəsi mane olur. Hələ ki, onun iki gün sonra baş tutacaq qarşılaşmada meydana çıxıb-çıxmayacağı bilinmir.
Şmitserdən başqa, dizində problemi olan Yaroslav Çernı, həmçinin son yoxlama matçında zədələnən Petr Yanda və neçə vaxtdır zədəli Marek Suşi də “Slaviya”nın məşqlərinə qatılmır.

0
0