Sergey Sokolov: “Slaviya” ilə oyunda Foqtsun etimadını doğrulda bilərəm
06.02.2009 - 10:30
“Azərbaycan millisinin şərəfini qorumaq mənim üçün böyük şərəfdir. Özümü “Slaviya” ilə oyuna hazır sayıram. Güman edirəm ki, baş məşqçinin etimadını doğrulda bilərəm”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının müdafiəçisi Sergey Sokolov deyib.
2006-cı ilin oktyabrında Belçika yığması ilə Brüsseldə keçirilən rəsmi oyunda dopinqdə ilişdiyi üçün UEFA-nın 18 aylıq cəzasına məruz qalan 32 yaşlı futbolçunu mili komandaya Berti Foqts qaytarıb. Sokolov futbolçu karyerası vaxtı müdafiəçi mövqeyində oynayan təcrübəli həmkarından faydalanmağa çalışır: “Bir müdafiəçi kimi, həmişə Berti Foqtsdan öyrənməyə çalışıram. Fiziki durumumu normal hesab edirəm. Klubda toplanışdan sonra istirahət etmədən birbaşa millinin hazırlığına qatılmaq bir qədər çətin olsa da, artıq öyrəşmişəm. Məşqlərimiz daha çox fiziki hazırlığımızın yüksəldilməsinə istiqamətlənir”.
Sergeyin Foqtsun rəhbərliyi altında ilk oyununu sabah “Slaviya”ya qarşı keçirəcəyi gözlənilir. Zaqatalanın “Simurq” klubunda çıxış edən milliləşdirilən rusiyalı futbolçu Çexiya çempionu üzərində qələbəyə köklənib: “Biz “Slaviya”nı udmalıyıq. Birincisi, qələbəyə qadirik, ikincisi, mehriban kollektivimiz var. Futbol isə kollektiv oyundur. Milli komandanın təlim-məşq toplanışının yüksək səviyyədə təşkilinə görə, AFFA-nın rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

0
0