Marko van Basten də istefa verdi
07.05.2009 - 10:04
Marko van Basten Hollandiyanın “Ayaks” klubunun baş məşqçi postundan istefa verib. Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis bunu komandanın uğursuz çıxışı ilə əlaqələndirib. Marko qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmədiyini etiraf edib. O, yeni mövsümdə vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə əsas olmadığını bildirib.
Futbolçu karyerasında 1988-ci ildə Avropa çempionu olan Basten ötən ilin iyulunda “Ayaks”ın baş məşqçi postuna gəlmişdi. O, 4 il çalışdırdığı Hollandiya yığmasından Avropa çempionatından sonra getməyə qərar vermişdi. “Ayaks” çempionatın sonuna bir tur qalmış turnir cədvəlində 3-cü yerdədir. Son görüşdə komandaya Bastenin köməkçisi olmuş, vaxtilə yığmada birgə Avropa çempion olduğu Yon van Sxip rəhbərlik edəcək.

- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0