Lənkəranlı fanatlardan Azərbaycan milli komandasına sürpriz
07.05.2009 - 10:09
Tarixində ilk dəfə ev oyununu Lənkəran şəhər stadionunda keçirəcək Azərbaycan milli komandasına azarkeşlər tərəfindən sürpriz hazırlanıb. Apasport.az saytının məlumatına görə, 21 yaşlılardan ibarət yığmanın Özbəkistan U-20-si ilə yoldaşlıq görüşündə yerli fanatlar komandaya böyük dəstək vermək qərarına gəlib.
Heç vaxt qeyri-rəsmi matçlarda böyük azarkeş dəstəyi görməyən gənclər yığmamız bu dəfə dolu tribunalar önündə oynaya bilər. Belə ki, Lənkəranda artıq oyunun hazırlıqlarına başlanılıb. Xüsusilə də canfəşanlıq edən “12-ci oyunçu” fanklubu hazırlıqla bağlı təşkilati məsələlərə start verib. Mayın 20-də keçiriləcək görüş zamanı bir neçə layihəni həyata keçirəcək fanklub stadionda paylanmaq üçün üstündə Azərbaycan dövlət himni olan vərəqələr və eyni sayda üç rəngli bayraqlar hazırlanır. Bundan başqa, “12-ci oyunçu” fanklubu qarşılaşma üçün plakat və şüarların da hazırlanması ilə məşğuldur.

- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0