Yığmadan imtina edən futbolçu kimdir?
07.05.2009 - 14:36
İtaliya futbolunun əfsanəsi Paolo Maldini karyerasını yığmada bitirməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, mayın sonunda karyerasına son qoyacağını açıqlayan 40 yaşlı müdafiəçi iyunun 6-da İtaliya millisinin heyətində futbolla vidalaşmağa razı olmayıb.
2002-ci ildə 126 matç keçirdiyi yığmadan ayrılan Maldininin Şimali İrlandiya ilə iyunun 6-da keçiriləcək yoxlama matçına çağırılıb həmin oyunla futboldan gedəcəyi gözlənilirdi. Lakin Maldini İtaliya Futbol Federasiyasının bu təklifini bəyənməyərək, son matçını klub karyerası boyu sadiq qaldığı “Milan”da keçirəcəyini açıqlayıb: “Mən yığmanın heyətindəki hansısa vida oyununda iştirak etməyəcəyəm. Təklif üçün federasiyaya minnətdaram. Lakin karyeramı yoxlama oyunu yox, rəsmi matçda bitirməyə üstünlük verirəm”.

- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0