“Bakı”nın üç futbolçusu “Turan”a qarşı oynamayacaq
07.05.2009 - 16:09
“Bakı” Premyer Liqanın növbəti turu çərçivəsində “Turan”la səfərdə keçiriləcək vacib oyun öncəsi itkilərlə üzləşib. Apasport.az saytının klubun rəsmi saytına istinadən yaydığı məlumatına görə, paytaxt təmsilçisinin üç futbolçusu mayın 9-da Tovuzdakı görüşü buraxacaq.
“Qarabağ”la Azərbaycan kuboku uğrunda cavab yarımfinal görüşündə xəsarət aldığı üçün ilk hissədə əvəzlənən xorvat qapıçı Marko Şarliyanın zədəsi ciddidir. Həmin oyunda iştirak edən müdafiəçi Elvin Əliyev diz nahiyəsindən zədə alıb. Georgi Demetradzenin “Qarabağ”la Ağdamdakı oyunda aldığı sarı vərəqə cari mövsümdə 4-dür. Nəticədə cəzalı duruma düşən gürcü hücumçu “Turan”la oyunda meydana çıxmayacaq.
Qeyd edək ki, “Turan”la oyun Premyer Liqanın hazırkı lideri olan “Bakı” üçün çempionluq yolunda böyük əhəmiyyət kəsb edən görüş olacaq.

- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0