Türkiyə - Azərbaycan matçı ANS-də
08.05.2009 - 14:16
Azərbaycan milli komandasının iyunun 2-də Türkiyə ilə Kayseri şəhərində keçirəcəyi yoldaşlıq görüşünün canlı yayımlanması ilə əlaqədar aparılan danışıqlar müsbəti nəticələnib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, “Kadir Has” stadionunda baş tutacaq oyunu ANS yayımlayacaq. Bu haqda bu gün AFFA, ANS və “Azersell” rəhbərliyinin keçirdiyi görüşdə razılıq əldə olunub.
Qeyd edək ki, Türkiyə - Azərbaycan görüşü “Azersell”in sponsorluğu ilə canlı yayımlanacaq.
Qeyd edək ki, Türkiyə - Azərbaycan görüşü “Azersell”in sponsorluğu ilə canlı yayımlanacaq.
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0