Yeni rekord: 3 əcnəbi 12 azərbaycanlı məşqçidən güclü oldu
12.05.2009 - 11:51
Azərbaycanlı baş məşqçilərə Premyer Liqada heç nə verilməyəcək. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının sonuncu turunun nəticələrindən asılı olmayaraq, hər üç mükafatçının adı məlumdur.
Bürünc medalları təmin edən Zaqatalanın “Simurq” klubundan fərqli, paytaxt təmsilçiləri “Bakı” və “İnter” ilk iki yeri hələ də öz aralarında bölə bilməyiblər. Azərbaycanın üç ən yaxşı klublarının hamısının baş məşqçisinin əcnəbi olması isə ölkə çempionatlarının rekordudur.
Belə ki, ilk “üçlük”də yer alacağı dəqiqləşən hər üç komandanı əcnəbi mütəxəssis çalışdırır. Bu isə bütün medalların legioner məşqçilərə qismət olması deməkdir. “Bakı”ya makedoniyalı Qyoko Hacıyevski, “İnter”ə ukraynalı Valentin Xodukin, “Simurq”a isə onun həmyerlisi Roman Pokora rəhbərlik edir. Yerli məşqçilər isə çempionatı medalsız bitirəcək. Hərçənd cari mövsüm Premyer Liqada çalışan mütəxəssislərdən elə çoxu yerli məşqçi olub. Lakin 10 əcnəbinin üç mükafatı ələ keçirdiyi birincilikdə 12 yerli heç nə qazanmayıb.
Qeyd edək ki, legioner məşqçilər Azərbaycan çempionatları tarixində indiyədək cəmi bir dəst medal qazanmışdı. Gümüşü 2004/05 mövsümündə “Xəzər-Lənkəran”da çalışan Rasim Kara, qızılla bürüncə isə ötən mövsüm müvafiq olaraq, “İnter”lə “Neftçi”ni çalışdıran Valentin Xodukinlə Anatoli Demyanenko sahib çıxmışdı.

0
0