“Kriştianu Ronaldo yataqda çox tənbəldir” - FOTO
12.05.2009 - 12:25
“Kriştianu Ronaldo yataqda çox tənbəldir” - FOTO
“Kriştianu Ronaldo yataqda çox tənbəldir. O, həssas olsa da, aqressiv deyil. Yataqda hər şeyi qarşı tərəfin həyata keçirməsini istəyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Kriştianu Ronaldonun keçmiş rəfiqəsi Qabriela Endrinqer deyib.

Fitnes məşqçisi olan braziliyalı gözəlçə dünyanın ən yaxşı futbolçusu ilə keçirdiyi günləri xatırlayıb. Qabriela bildirib ki, milyonlarla pərəstişkarı olan Ronaldonun yanında bir həftə olub: “Onun evi çox genişdir. İki dəfə şam yeməyində olmuşuq. Amma etiraf edim ki, vaxtımızın çoxunu evdə keçirdik”.

O, portuqaliyalı futbolçunun bir sirrini də açıb: “Ronaldo yatağa girməmişdən öncə bütün bədəninə krem çəkir”.