Xodukinin şans vermədiyi futbolçu meydana neçə çıxdı?
12.05.2009 - 12:48
Xodukinin şans vermədiyi futbolçu meydana neçə çıxdı?
Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş ali məktəb tələbələri arasında futbol üzrə II Respublika çempionatında “lipa” tapılıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, “Bakı Biznes Universiteti” və “Azərbaycan Kooperasiya Universiteti” komandalarının matçında meydanda peşəkar futbolçunun olduğu aşkarlanıb.

Məlum olub ki, “Kooperasiya Universiteti”nin 7 №-li futbolçusu Əli Qasımov Azərbaycan Premyer Liqasında çempionluq iddiasında olan “İnter” klubunun oyunçusudur. Bakılıların baş məşqçisi Valentin Xodukinin əsas komandada güvənmədiyi futbolçu peşəkarlar arasında meydana çıxa bilmədiyini görüb tələbələr arasında çempion olmaq istəyirmiş.

Lakin AFFA-nın İntizam Komitəsi çempionatın əsasnaməsinə uyğun olaraq Qasımovun oynamaq arzusunu gözündə qoyub. Yarışlarda peşəkar futbolçuların iştirakına qadağa qoyulduğundan, qarşılaşmanın nəticəsi ləğv edilib və “Kooperasiya Universiteti”nə 0:3 hesablı texniki məğlubiyyət verilib.