MOİK-i Premyer Liqadan tez yola salacaqlar
12.05.2009 - 13:04
Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qurumun çempionatın son turunun bütün matçlarını eyni vaxtda keçirmək istəyi baş tutmayıb. Yarışların təqvimində XXVI turun yeddi oyununun da mayın 17-də keçirilməsi göstərilsə də, bunun gerçəkləşməsi mümkün olmayıb.
Son turun görüşünü öz meydanında keçirən “Olimpik”lə “Standard”ın hər ikisinin rəqiblərini “Şəfa” stadionunda qəbul etməyi PFL-i təqvimi dəyişməyə məcbur edib. Son turda keçiriləcək bütün matçların saat 18:00-da başlamağına qərar verən qurum turnir cədvəli baxımından o qədər də ciddi əhəmiyyət kəsb etməyən “Standard” – MOİK görüşünü bir gün əvvəl keçirilməsini zəruri sayıb. Bu matç mayın 16-da saat 18:00-da başlayacaq.
Qeyd edək ki, bu qərar artıq Premyer Liqanı tərk etdiyi rəsmiləşən MOİK-in güclülər dəstəsindəki ömrünü bir gün də qısaldıb. Təqvimə əsasən son matçını mayın 17-də keçirməli olan “hərbçilər”i indi bir gün tez yola salacaqlar.

0
0