Azərbaycan – Almaniya görüşünün yeri dəyişdirildi
12.05.2009 - 14:16
Azərbaycanla Almaniyanın veteranlardan ibarət komandaları arasında sabah keçiriləcək yoldaşlıq görüşünün məkanı dəyişdirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, oyun əvvəl nəzərdə tutulduğu kimi “Şəfa” yox, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş saat 16:00-da başlayacaq.
0
0