FİFA meneceri: Rəşad Sadıqovu başqa bir komandaya yerləşdirəcəyik
15.05.2009 - 23:36
“Rəşad Sadıqovun “Kocaelispor”da oyununu izləyirik. O, Türkiyə Superliqasında yaxşı təsir bağışlayır”. Bu sözləri apasport.az saytına açıqlamasında türkiyəli FİFA meneceri Anıl Tontu deyib.
Türkiyənin tanınmış futbol funksioneri bildirib ki, Superliqanı tərk edən “Kocaelispor”un şərəfini qoruyan Rəşad Sadıqova yeni klub tapacaqlar: “Burada bir menecerlik şirkəti Rəşadla tez-tez görüşür, danışıqlar aparır. İnşallah, mövsüm bitdikdən sonra Rəşadı bir kluba yerləşdirəcəyik. Bu işdə bizim də vasitəçiliyimiz mümkündür”.
Tontu Azərbaycan və Türkiyə arasında futbolçu transferlərinin gerçəkləşməsində də maraqlı olduğunu vurğulayıb: “Azərbaycan futbolçularının Türkiyə klublarına keçidində vasitəçi ola bilərik. Bunun üçün mövsümün başa çatmasını gözləyirik. Transfer çalışmalarına start verilən kimi işə başlayacağıq. Bu istiqamətdə işlər görülür. Böyük ehtimalla, Azərbaycan klublarına da futbolçular transfer edəcəyik”.
Qeyd edək ki, Tontu Azərbaycan klubları ilə danışıqlar aparan məşhur Ergün Pəmbənin də meneceridir.

0
0