Türkiyədə daha bir şok olay: prezidentin maşını divara çırpıldı - VİDEO
19.05.2009 - 10:19
Türkiyədə daha bir şok olay: prezidentin maşını divara çırpıldı - VİDEO
Türkiyə futbolunda daha bir xoşagəlməz olay yaşanıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmut Özgener ailəsi ilə birgə avtomobil qəzasına düşüb.

O, İzmir-Aydın yolundakı tuneldə qəzaya düçar olub. Prezidentin idarə etdiyi 35 TAT 01 seriyalı “Cip” markalı avtomobilin təkəri partladığından, öncə tunelin sol, daha sonra ilə sağ tərəfinə çırpılıb.

Tunelin kameralarının çəkdiyi görüntülərə əsasən, Özgenerin maşını yaxınlıqdakı digər avtomobillərə ziyan vurmayıb. TFF rəhbəri isə ailəsi ilə birgə qəzadan sağ-salamat qurtarıb.

Qeyd edək ki, az öncə Türkiyənin başqa bir tanınmış futbol məmuru, milli komandanın baş məşqçisi Fatih Terim şok olayla üzləşmişdi. Bodrumda istirahət zamanı onun əlinin üçüncü barmağı katerin kəndiri ilə daş arasında qalıb. Nəticədə “İmperator”un barmağı qoparaq, dənizə düşüb.

Xatırladaq ki, Azərbaycan yığması cəmi 13 gündən sonra, iyunun 2-də Kayseri şəhərində Türkiyə ilə beynəlxalq yoldaşlıq görüşü çərçivəsində qüvvəsini sınayacaq. Qarşıdakı matç ərəfəsində türkiyəli futbol məmurlarının ardıcıl xoşagəlməz hadisələrlə üzləşməsi isə böyük təəccüb doğurur.
0