“Azərbaycan yığmasına qarşı oynamaq həddən artıq çətindir”
21.05.2009 - 12:25
“Azərbaycan və Lixtenşteyn yığmalarına qarşı oyunlarda parlaq qələbə qazanmamağımız motivasiya ilə əlaqədar deyildi. Dəqiq deyirəm ki, rəqibə yuxarıdan aşağı baxmırdıq”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya milli komandasının müdafiəçisi Renat Yanbayev deyib.
Moskvanın “Lokomotiv” klubunun şərəfini qoruyan gənc futbolçu martın 28-də Azərbaycan yığması ilə rəsmi oyunda (2:0) ehtiyatda qalıb. Yanbayev milli komandamıza qarşı oynamağın elə də asan olmadığını vurğulayıb: “Azərbaycan və Lixtenşteyn kimi rəqiblərlə görüş həddən artıq çətindir. Mən Lixtenşteynlə oyuna tribunadan baxmışdım. Gördüm ki, uşaqlar döyüşürlər. Rəqib sanki liderlə görüşə köklənmişdi. Hətta deyərdim ki, yüz yox, iki faiz güclərini ortaya qoyurdular”.
Renat ötən yay Avropa çempionatının bürünc medalını qazanan Rusiya yığmasının heyətində yer alıb. Müdafiəçi Aleksandr Anyukov cəzalı olduğundan, Finlandiya ilə iyunun 10-da Helsinkidə keçiriləcək rəsmi oyunda Yanbayevin meydana çıxmaq şansı böyükdür. O isə buna belə münasibət bildirib: “Sonadək əmin deyiləm ki, məni yığmaya çağıracaqlar. Ötən ilin fevralında “Lokomotiv”lə Türkiyədə təlim-məşq toplanışında olduğum zaman Rusiya yığmasının məşqçisi Aleksandr Borodyuk mənə zəng edərək, yığmaya çağırıldığımı dedi. Həmin vaxt şok yaşadım. Ancaq sonradan bunu necə xoş hiss olduğunu duydum. Yığmamızın baş məşqçisi Qus Hiddink əvvəlcə necə oynamaq lazım olduğunu, hansı səhvlərin düzəldilməsini izah edir. O, heç vaxt qışqırmır. Hər halda, mən bir dəfə də olsun belə şey eşitməmişəm”.

0
0