“Sivasspor”un prezidenti: Futbolçumuzu Bakının “İnter” klubuna satdıq
08.06.2009 - 11:39
“Sivasspor”un heyətində Türkiyə çempionatının gümüş mükafatını qazanan Serjio Paşeku de Oliveyra karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasına debütə hazırlaşan sivaslıların prezidenti Məcnun Otyaxmaz komandasının oyun qurucusu olan 28 yaşlı braziliyalı yarımmüdafiəçinin Bakının “İnter” klubuna keçidinin rəsmiləşdiyini bildirib: “Bizə xidmət edən futbolçuları hesabdan silmirik. Yalnız bir nəfər – Məhəmməd Əli ilə vidalaşmaq haqda razılığa gəldik. Serjio Paşeku isə Azərbaycana, Bakının “İnter” klubuna transfer oldu. İndi Hasan Şaş və Mehmet Naş ilə danışıqlar aparırıq. “Kocaelispor”un oyunçusu Taner Gülləri isə bizi maraqlandırmır”.
Qeyd edək ki, 18 yaşından Avropada çıxış edən Paşeku 10 il ərzində Hollandiyada “Breda” və “Roda”, Ukraynada isə Donetsk “Metallurq”unda oynayıb. Son mövsümü “Sivasspor”da keçirən legioner cəmi 5 oyuna çıxıb.
Qeyd edək ki, 18 yaşından Avropada çıxış edən Paşeku 10 il ərzində Hollandiyada “Breda” və “Roda”, Ukraynada isə Donetsk “Metallurq”unda oynayıb. Son mövsümü “Sivasspor”da keçirən legioner cəmi 5 oyuna çıxıb.
- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
0
0