FİFA-nın haqsızlığına son qoydular
11.06.2009 - 15:21
Rumıniyanın “Timişoara” komandası Çempionlar Liqasında çıxış edəcək. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirinin üçüncü təsnifat mərhələsində Buxarest “Dinamo”sunun oynayacağı gözlənilsə də timişoralalılar buna imkan verməyib.
Məsələ ondadır ki, çempionatı üçüncü pillədə bitirən komanda ötən ilin sentyabrında onların hesabından silinən 6 xalın əziyyətini çəkirdi. Mövsüm bitdikdən sonra Beynəlxalq İdman Tribunalına şikayət edən rumınlar FİFA-nın haqsız qərar çıxardığını sübut edərək, 6 xalın qaytarılmasına nail olub. Bu isə “Timişoara”nın ikinci yeri tutmasına kifayət edib.
Xatırladaq ki, cəzaya klubun sabiq sahibi Klaudio Zambona səbəb olmuşdu. O, artıq onun olmayan klubun əvvəlki – “Politexnika” adından istifadə etməsinin qanunsuzluğundan şikayət etmişdi. Komandanın adı dəyişdikdən sonra isə italiyalı biznesmen klubun öz formasında bənövşəyi rənglərdən istifadə etməyinə “ilişmişdi” ki, məhz buna görə FİFA onların hesabından 6 xal silmişdi.

- Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
- “Arsenal” istəyir, “Real” buraxmır – Vinisiusla yeni müqavilə imzalanacaq
- Kasper Hö “Seltik”də – 5 illik müqavilə
0
0