MOİK 2 günə 2 oyun keçirəcək
05.08.2009 - 16:02
Mərkəzi Ordu İdman Klubu (MOİK) 2009/10 mövsümünə hazırlığın ikinci mərhələsini davam etdirir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, hazırlıq prosesi çərçivəsində “hərbçilər”in keçirəcəyi daha iki yoxlama matçının tarixi müəyyənləşib.
Ramil Əliyevin yetirmələri avqustun 6-da “Şəfa” stadionunun dördüncü meydançasında Premyer Liqa təmsilçisi “Turan”la qarşılaşacaq. Oyun saat 17:30-da başlanacaq. Avqustun 8-də eyni saatda və eyni məkanda isə ordu klubu “Qarabağ”ın əvəzedicilərdən ibarət komandasını sınağa çəkəcək.
Xatırladaq ki, ikinci hazırlıq mərhələsi zamanı MOİK “Standard” klubu və Azərbaycan yığması ilə görüşüb. Komanda bu oyunlarda müvafiq olaraq, 2:4 və 0:3 hesabı ilə uduzub.

0
0