“Levski” - “Bakı” oyunu canlı yayımda
05.08.2009 - 16:13
“Bakı” klubunun Bolqarıstanın “Levski” klubu ilə bu gün keçirəcəyi oyun canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində baş tutacaq matç AzTV və “İdman Azərbaycan” kanalları ilə göstəriləcək. Sofiyanın Georgi Asparuxov adına stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.
Qeyd edək ki, “Bakı” və “Levski” arasında ötən həftə keçirilən ilk oyunda hesab açılmayıb.
Qeyd edək ki, “Bakı” və “Levski” arasında ötən həftə keçirilən ilk oyunda hesab açılmayıb.
0
0