“Qarabağ”ın tarixi uğuruna dəqiqələr qalıb...
05.08.2009 - 17:20
Azərbaycanın Avropa Liqasındakı yeganə təmsilçisi “Qarabağ” sabah tarixi oyunlardan birinə çıxacaq. Apasport.az saytının məlumatına görə, Ağdam klubu adıçəkilən turnirin üçüncü təsnifat mərhələsində cavab matçı çərçivəsində Finlandiya “Honka”sını qəbul edəcək.
Ötən həftə səfərdə 1:0 hesabı ilə qalib gələn ağdamlılar doğma meydanda məğlub olmasa, dördüncü təsnifat mərhələsinə vəsiqə qazanacaq. Yəni, Qurban Qurbanovun yetirmələrini istənilən hesablı heç-heçə də qane edir.
Qeyd edək ki, “Qarabağ” cari mövsüm keçirdiyi 3 matçda öz qapısını toxunulmaz saxlayıb. Təmsilçimiz avrokuboklarda sonuncu dəfə 2006-cı ildə “Şəfa” stadionunda Moldova “Zimbru”su ilə görüşdə qol buraxıb.
Avropa Liqası, üçüncü təsnifat mərhələsi, cavab oyunu
20:00 “Qarabağ” (Azərbaycan) - “Honka” (Finlandiya)
İlk oyun - 1:0
Hakimlər: Tomaş Mikulsi, Pyotr Sadçuk, Konrad Sapela, Hubert Siyejeviç (hamısı Polşa)
Hakim-inspektor: Oleq Çikun (Belarus)
UEFA nümayəndəsi: Rudolf Repka (Çexiya)
6 avqust. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

0
0