“Levski” – “Bakı” oyunundan sonra insident yarandı
06.08.2009 - 10:05
“Levski” – “Bakı” oyunundan həm əvvəl, həm də komandalar fasiləyə yollanarkən moldovalı futbolçu Vadim Borets diqqət mərkəzinə düşdü. Apasport.az saytının Sofiyaya ezam olunan müxbirinin verdiyi məlumata görə, 33 yaşlı müdafiəçi sanki yerli azarkeşlərə acıq verirmiş kimi onları komandalarını daha yaxşı dəstəkləməyə çağırdı.
Görüşdən sonra isə meydandan kənarda kiçik insident baş verdi. Belə ki, rəqibin ehtiyat oyunçular skamyasından kimsə Feliksi söydü və braziliyalı hücumçu buna biganə qalmadı. Ancaq insidentin böyüməsinə bolqarın dediyini başa düşən, vaxtilə bu ölkədə çalışan “Bakı”nın qapıçılarla işləyən makedoniyalı məşqçisi Muarem Zekiri imkan vermədi. Yeri gəlmişkən, “Ekranas” klubu ilə Panevejisdəki oyunda olduğu kimi, Sofiyada da komandamızın qaradərili futbolçuları dəfələrlə irqçi şüarlara məruz qaldı. Elə bolqar azarkeşlər də öz tərbiyəsizliklərini nümayiş etdirdilər.

0
0