“Simurq”un sabiq müdafiəçisi karyerasını bitirdi
06.08.2009 - 17:41
Zaqatalanın “Simurq” klubunun sabiq futbolçusu Aleksandr Poklonski karyerasını bitirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, bir vaxtlar Ukrayna milli komandasının formasını geyinmiş 34 yaşlı müdafiəçi bundan sonra məşqçilik fəaliyyəti ilə məşğul olacaq.
“Dnepr” klubundakı çıxışları ilə tanınan və həmin komandadan yığmaya cəlb olunan Poklonski artıq məşqçilik kurslarına hazırlaşır.
Qeyd edək ki, Aleksandr 2007-ci ilin yayında Azərbaycana təşrif buyurmuşdu. O zaman “Simurq”a transfer olunan müdafiəçi 2007/08 mövsümünün ilk iki turunda meydana çıxdıqdan sonra zədələnərək, uzun müddət yaşıl meydanlardan kənar qalmışdı. Nəticədə o, vətəninə qayıdıb, “Neftyanik-Ukrnafta” ilə müqavilə bağlayıb.

- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
0
0