Azərbaycanda ən yaxşı hücumçu müdafiəçidir
07.08.2009 - 09:23
Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov avrokuboklar tarixində özünün 4-cü qolunu vurub. Apasport.az saytının hesablamalarına görə, 27 yaşlı müdafiəçi “Honka” (Finlandiya) ilə Bakıda keçirilən qarşılaşmada Azərbaycan rekordunu təkrarlayıb.
İndiyədək “Neftçi”nin heyətində 2007-cı ildə UEFA kubokunda Avstriyanın “Rid”, bir il sonra isə İntertoto kubokunda Slovakiyanın “Nitra” klubunu cəzalandırmış Rəşad “Qarabağ”ın heyətində ardıcıl ikinci dəfə ev oyununda fərqlənib. O, iyulun 23-də ikinci təsnifat mərhələsində Norveç “Rusenborq”unun qapısına da yol tapmışdı. Özü də maraqlıdır ki, Sadıqov hər 4 qolunu Tofiq Bəhramov adına Respublika stadionunda vurub.
Bu göstərici Rəşada klublarımızın 15 illik avrokubok tarixində azərbaycanlı bombardir olmaq imkanı verib. İndiyədək yalnız gürcüstanlı Badri Kvaratsxeliya (“Şəmkir”) 4 qola imza atıb. Kvaratsxeliya istisna olmaqla, bütün klublarımızın bütün hücumçularını arxada qoyan Sadıqov gürcü futbolçuya çatıb. Bu iki bombardiri Müşfiq Hüseynov, Zaur Ramazanov və Feliks Felipe Almeyda (hərəyə 3 qol) izləyir.

- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
0
0