Dieqo Souzanın qolu 2 yerdən sınıb
29.09.2009 - 10:38
“Xəzər Lənkəran” klubunun futbolçusu Dieqo Souza əməliyyat olunacaq. Apasport.az saytının məlumatına görə, UniBank Premyer Liqasının VI turunun “Muğan”la oyununda zədələnən braziliyalı yarımmüdafiəçinin qolu iki yerdən sınıb. Matçın 3-cü dəqiqəsində rəqiblə hava mübarizəsi zamanı uğursuz şəkildə yerə yıxılan 21 yaşlı futbolçu bu səbəbdən komanda yoldaşları ilə birgə Türkiyədə keçiriləcək təlim-məşq toplanışına qatıla bilməyəcək. Həkimlərin cənubi amerikalının ən yaxşı halda ay yarımdan sonra meydana dönə biləcəyini ümid edir.
- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
0
0