“Qarabağ”a uduzdu, çempion oldu
29.09.2009 - 11:14
Avropa Liqasının ikinci təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubuna uduzan “Rusenborq” Norveç çempionu adını qazanıb. Apasport.az saytının məlumatına görə, ağdamlılarla iki matçda qol da vura bilməyən (0:0, 0:1) tronheymlilər “Odense”ni 2:0 hesabı ilə məğlub edərək, növbəti titulunu qazanıb. Çempionatın sonuna 4 tur qalmış ikinci pillədəki komandanı 17 xal qabaqlayan “Rusenborq” tarixində 21-ci dəfə ölkə çempionu olub. Son iki mövsümdə yalnız V yerlə kifayətlənən Tronheym təmsilçisi 2006-cı ildə qazandığı çempionluqdan 3 il sonra yenidən Norveçin ən güclüsü adını özünə qaytarıb.
- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
0
0