“İnter”in futbolçuları Yunanıstana niyə gedir?
29.09.2009 - 11:43
Bakının “İnter” klubunun latviyalı futbolçuları – yarımmüdafiəçi Andrey Rubinlə hücumçu Girt Karlsons Yunanıstana yollanacaq. Apasport.az saytının məlumatına görə, Latviya yığmasının çalışdırıcısı Aleksandr Starkov bu iki futbolçuya dəvət göndərib. 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Yunanıstanla səfər, bundan 4 gün sonra Moldova ilə ev oyununa heyəti açıqlayan Starkov 23 futbolçu arasında hazırda ölkəmizdə çıxış edən üç futbolçuya da yer verib. Digər oyunçu cari mövsümdə Zaqatalanın “Simurq” klubunda çıxış edən yarımmüdafiəçi Gennadi Solonitsındır. Ötən mövsümün ikinci dövrəsində “İnter”də çıxış edən Vladimir Kolesniçenko da müəyyən fasilədən sonra yığmaya qayıdıb. Premyer Liqamızın gümüş medalçısı olan yarımmüdafiəçi hazırda vətənində çıxış edir, Riqanın “Skonto” klubuna qayıdıb.
- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
0
0