“Bavariya”nın vunderkindi Bakıya gəlməyəcək
30.09.2009 - 10:58
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Azərbaycanla görüşəcək Avstriya yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, mərkəzi avropalılar Bakıdakı görüşdə 17 yaşlı vunderkind David Alabanın xidmətindən yararlana bilməyəcək. Buna Almaniyanın “Bavariya” klubunda top qovan hücumçunun Avstriyanın əsas yığmasına dəvət olunması səbəb olub. Oktyabrın 10-da və 14-də müvafiq olaraq Litva və Fransa önünə çıxacaq milliyə çağırılan Alaba sevincini gizlətmir: “Əsas milliyə çağırılmağıma balaca uşaq kimi sevinirəm”.
Qeyd edək ki, bu yay “Bavariya”ya keçən David hələlik klubun ikinci komandasında çıxış edir.
Qeyd edək ki, bu yay “Bavariya”ya keçən David hələlik klubun ikinci komandasında çıxış edir.
- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
0
0